• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək

İDMAN

01 Oktyabr 2026 | 00:15 | Müəllif: Subhan Mahmudov

"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək

İspaniya təmsilçisi "Barselona" İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holannın mümkün transferi üçün hazırlıqlara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırkı ölkə çempionu norveçli hücumçu üçün növbəti yay 151 milyon avro təklif etməyi planlaşdırır.

E.Holann 2022-ci ildən "şəhərlilər"də çıxış edir. O, komandanın heyətində iki dəfə Premyer Liqanın, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

26 yaşlı forvardın "Mançester Siti" ilə müqaviləsinin müddəti 2034-cü ilin yayınadək qüvvədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR