• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Fatih Terimə vəzifə verildi

İDMAN

30 Sentyabr 2026 | 16:20 | Müəllif: Əli Hüseynov

Fatih Terimə vəzifə verildi

"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasında İstanbul təmsilçisinin "Barselona" ilə oyununda texniki müşahidəçi kimi fəaliyyət göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Terim jurnalist Levent Tüzemenə açıqlamasında məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, UEFA ona tapşırılan qarşılaşmaları yerində izləyərək texniki analiz hazırlamasını istəyir.

Terim qeyd edib ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Arsenal" - "Sportinq" matçını Londonda izləyib və UEFA-nın texniki müşahidəçisi kimi hesabat hazırlayıb.

O, oktyabrın 13-də keçiriləcək "Qalatasaray" - "Barselona" qarşılaşmasında da UEFA üçün analiz aparacağını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026