• Bakı 16° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ronaldo 985-ci qolunu vurdu

İDMAN

30 Oktyabr 2026 | 01:14 | Müəllif: Subhan Mahmudov

Ronaldo 985-ci qolunu vurdu

Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Kriştiano Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Qabriel Anqelo və Sadio Mane vurublar.

Bu, Ronaldonun karyerasında 67-ci het-trikidir. Portuqaliyalı hücumçu bununla karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

Qələbədən sonra “Əl-Nəsr” 28 xalla turnir cədvəlində lider “Əl-Qadisiya”ya çatıb. Komanda növbəti oyununu noyabrın 6-da səfərdə “Əl-Həzm”ə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026