• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Rusiyanın maraqlarını tapdalamaq istəmirik - Mirzoyan

DÜNYA

01 Sentyabr 2026 | 14:28

Rusiyanın maraqlarını tapdalamaq istəmirik - Mirzoyan

Elə bir həll tapacağıq ki, həm biz qazanaq, həm də dostlarımızı incitməyək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistanın dəmir yolu şəbəkəsi Rusiya tərəfinin konsessiya idarəçiliyində olduğu müddətdə potensial tərəfdaşlar ondan istifadə edə bilməyəcəklərini deyirlər. Bu isə bizim tarixi fürsəti əldən verməyimiz deməkdir. Bu, növbəti imkan və ya adi biznes sövdələşməsi deyil. Bu, əldən verməyəcəyimiz tarixi imkandır.

Biz Rusiyanın maraqlarına hörmət edirik və onları tapdalamaq istəmirik. Lakin həll yolu tapmaq lazımdır. Buna görə də konsessiya hüquqlarının həm bizim, həm də Rusiya üçün məqbul olan üçüncü tərəfə, məsələn, Qazaxıstana satılmasını təklif edirik.

İlkin reaksiya olduqca soyuq idi. Lakin son günlərdə məsələnin müzakirəsinə hazır olduqlarına dair siqnal almışıq.

Biz istəyirik ki, Gümrü-Qars və Yerasx (Arazdəyən) dəmir yolu xətləri mümkün qədər tez tikilsin. Müvafiq qurumlarımız bu məsələni müzakirə edəcəklər”, - Mirzoyan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026