• Bakı 24° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var

HADİSƏ

01 Sentyabr 2026 | 09:03

Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var

Şəkidə hoteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M.Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli hoteldə yanğın baş verib.

Yanğın nəticəsində hotelin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026