• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Yeyib içməkdən sonra adam öldürən şəxs tutuldu - YENİLƏNİB

HADİSƏ

30 Sentyabr 2026 | 13:09 | Müəllif: Əli Hüseynov

Yeyib içməkdən sonra adam öldürən şəxs tutuldu - YENİLƏNİB

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

10:06

Bərdədə qətl törədilib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 2000-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb.

Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir.

İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə C.Hüseynovun evinin qarşısında davam edib. Nəticədə, o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində vəfat edib.

C.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026