• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib

CƏMİYYƏT

01 Sentyabr 2026 | 12:45

Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib

Sentyabrın 1-dən Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və balıq ovu mövsümü açıq elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.

    Qeyd olunub ki, bu tarixdən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun balıq ovu həyata keçirilə bilər.

    Mərkəz balıq ovu ilə məşğul olan şəxsləri müəyyən edilmiş qaydalara riayət etməyə, su bioresurslarının qorunmasına həssas yanaşmağa və məsuliyyətli balıqçılıq prinsiplərinə əməl etməyə çağırıb.

    Qeyd olunub ki, mövsüm ərzində su hövzələrində balıq ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl olunmasına nəzarət məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər davam etdiriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Avqust 2026