• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Beynəlxalq Planetin Yaşıllaşdırılması Günü təyin olundu

DÜNYA

01 Sentyabr 2026 | 11:54

Beynəlxalq Planetin Yaşıllaşdırılması Günü təyin olundu

BMT Baş Assambleyası Qazaxıstanın təşəbbüsü ilə 22 aprel tarixini Beynəlxalq Planetin Yaşıllaşdırılması Günü elan edən qətnamə qəbul edib. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, qətnamənin qəbul edilməsi Qazaxıstanın qlobal ekoloji gündəliyin irəliləməsinə və ətraf mühitin qorunması, ekosistemlərin bərpası, yaşıl sahələrin genişləndirilməsi və ekoloji mədəniyyətin təşviqi üçün beynəlxalq səylərin birləşdirilməsinə verdiyi töhfəni əks etdirir. Beynəlxalq Planetin Yaşıllaşdırılması Gününün təsis edilməsi Qazaxıstanda keçirilən və ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılması, yerli ərazilərin abadlaşdırılması və cəmiyyətin ekoloji maarifləndirilməsi məqsədi daşıyan "Təmiz Qazaxıstan" ümumxalq ekoloji kampaniyası ilə uzlaşır

Beynəlxalq Yaşıllaşdırma Gününün təsis edilməsi təşəbbüsü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2025-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələri zamanı irəli sürülüb. Dünyanın müxtəlif bölgələrini təmsil edən 32 dövlət qətnamənin həmmüəllifləri olub.

Sənəd, təbii ekosistemlərin yaşıllaşdırılmasının və bərpasının vacibliyi barədə qlobal ictimaiyyət arasında məlumatlılığı artırmaq və dövlətləri, BMT sistemini, beynəlxalq və regional təşkilatları, vətəndaş cəmiyyətini və digər maraqlı tərəfləri müvafiq fəaliyyət və təşəbbüslər həyata keçirməyə təşviq etmək məqsədi daşıyır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026