• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Belçika ilə ABŞ arasında diplomatik gərginlik

DÜNYA

31 Avqust 2026 | 19:50

Belçika ilə ABŞ arasında diplomatik gərginlik

Belçikanın xarici işlər naziri Maksim Prevo ABŞ səfiri Bill Uaytı nazirliyə çağıraraq sosial şəbəkələrdə belçikalı rəsmilərə qarşı hücumları dayandırmağı tələb edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Prevo bildirib ki, bu cür təxribatların davam etdirilməsi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

“İstənilən növbəti təxribat əks-nəticə verəcək və münasibətlərimizin lazımsız şəkildə gərginləşməsinə gətirib çıxara bilər”, – nazir vurğulayıb.

Maksim Prevonun ABŞ səfirini çağırmasına Bill Uaytın sosial şəbəkədə Belçikanın səhiyyə naziri Frank Vandenbrukun süni intellekt vasitəsilə hazırlandığı ehtimal edilən görüntüsünü paylaşması səbəb olub. Paylaşımda “Belçikanın əsas uğursuzu kimdir?” ifadəsi yer alıb.

Görüntüdə səhiyyə naziri siqaret qutusunun üzərində təsvir edilib və “Vandenbruk – həyatın bütün sevinclərini məhv edir” sözləri yazılıb.

Prevo hökumət üzvünə qarşı səfir tərəfindən bu cür təhqiramiz ifadələrin işlədilməsinin qəbuledilməz olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026