• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mark Giu "Leypziq"ə keçdi - FOTO

İDMAN

01 Sentyabr 2026 | 15:14 | Müəllif: Əli Hüseynov

Mark Giu "Leypziq"ə keçdi - FOTO

"Leypziq" heyətini yeni futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya klubu "Çelsi"nin 20 yaşlı hücumçusu Mark Giu ilə müqavilə imzalayıb.

İspaniyalı forvardla anlaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Giu 2024-cü ildə "Barselona"dan "Çelsi"yə keçib. London klubunun heyətində bütün turnirlərdə 29 oyuna çıxan futbolçu səkkiz qol vurub. O, "Çelsi" ilə UEFA Konfrans Liqasını və Klublararası Dünya Kubokunu qazanıb.

Qeyd edək ki, Giu peşəkar karyerasına "Barselona"da başlayıb. 2023-cü ildə "Atletik Bilbao" ilə debüt oyununda meydana daxil olduqdan cəmi bir neçə saniyə sonra qol vuraraq diqqət çəkib.


Mark Giu "Leypziq"ə keçdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR