• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ronaldo Portuqaliya millisini tərk etdi

İDMAN

01 Oktyabr 2026 | 12:05 | Müəllif: Əli Hüseynov

Ronaldo Portuqaliya millisini tərk etdi

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliya milli komandasının heyətindən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib. Ronaldo Danimarka ilə oyundan əvvəl baş məşqçi Xorxe Jezusla yaranmış münaqişədən sonra bu addımı atıb:

"Milli komandanın baş məşqçisinin mətbuat konfransından sonra və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətin nəticəsində milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə Portuqaliya xalqına hər zaman milli komandaya özümü tam həsr etməyimə baxmayaraq, nə üçün bu qərarı qəbul etdiyimi izah edəcəyəm. Milli komandanın qalan oyunlarında istisnasız olaraq hər kəsə uğurlar arzulayıram".

Qeyd edək ki, Ronaldo həm də "Əl-Nəsr" komandasının hücumçusudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026