• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Bağçaya gedən uşağın qanında psixotrop maddə tapılıb? - RƏSMİ

CƏMİYYƏT

01 Sentyabr 2026 | 15:06

Bağçaya gedən uşağın qanında psixotrop maddə tapılıb? - RƏSMİ

Sosial şəbəkələrdə 1 həftə müddət ərzində bağçaya gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) apa-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

    Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

    Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

    İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Avqust 2026