• Bakı 17° C

    2.69 m/s

"Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

İDMAN

31 Avqust 2026 | 19:55 | Müəllif: Subhan Mahmudov

"Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənib.

Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla 3-cü pillədə qərarlaşıb. Naxçıvan klubu 1 xalla 11-ci yerdədir.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026