ABŞ-li boksçu və yutuber Ceyk Pol ağır zədədən sonra rinqə qayıtmağa hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sport Bible" məlumat yayıb.
Bildirilir ki, Entoni Coşua ilə döyüşdə çənəsi sınan və iki dəfə rekonstruktiv əməliyyat keçirən 29 yaşlı boksçu sentyabrın ortalarından sparrinq məşqlərinə başlaya bilər.
Ceyk Polun meneceri Nakisa Bidarianın sözlərinə görə, onun ilin sonuna qədər rinqə qayıtması planlaşdırılır. Bununla belə, döyüşün 2027-ci ilin yanvarına təxirə salınması da mümkündür.
Paulun növbəti rəqibi kimi isə tanış ad ön plana çıxıb. Menecerin sözlərinə görə, onun üçün ən uyğun variant Tommi Fyuri ilə revanş döyüşüdür. Tərəflər arasında maliyyə məsələləri ilə bağlı razılıq əldə olunarsa, bu qarşılaşmanın keçirilməsi ehtimalı yüksəkdir.
Qeyd edək ki, Ceyk Pol 2023-cü ilin fevralında Tommi Fyuriyə hakimlərin qərarı ilə məğlub olaraq peşəkar karyerasında ilk dəfə rinqdən məğlub ayrılıb./Oxu.az




