• Bakı 21° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıyıq - Pezeşkian

SİYASƏT

31 Avqust 2026 | 19:01

Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıyıq - Pezeşkian

İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır.

Bakıvaxtı.az  xəbər verir ki, bunu avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşü zamanı deyib.

    İran Prezidenti əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu qeyd edib.

    Məsud Pezeşkian İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR