• Bakı 21° C

    12.1 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

42 yaşlı dünya çempionu faciəvi şəkildə öldü

İDMAN

31 Avqust 2026 | 18:33

42 yaşlı dünya çempionu faciəvi şəkildə öldü

Kayak üzrə dünya və Avropa çempionu Gergely Boros 42 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Blikk" nəşrinin məlumat yayıb.

O, Paks şəhərindəki padel meydançasının tikinti sahəsində baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib. Məlumatlara görə, onun üzərinə ağır konstruksiya elementi düşüb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Boros 2007-ci ildə dünya çempionu olub. Bundan üç il əvvəl isə o, Avropa çempionu titulunu qazanmışdı. 2017-ci ildə peşəkar idman karyerasını başa vurduqdan sonra o, milli kanoe federasiyasında, o cümlədən rəhbər vəzifələrdə çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR