• Bakı 24° C

    8.78 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

"Araz-Naxçıvan" ev oyunlarını niyə Şamaxıda keçirir?

İDMAN

01 Sentyabr 2026 | 16:23

"Araz-Naxçıvan" ev oyunlarını niyə Şamaxıda keçirir?

"Araz-Naxçıvan" ev oyunlarını Şamaxı şəhər stadionunda keçirmək üçün mövsümün əvvəlində müraciət etsə də, arena və hava şəraiti ilə bağlı məhdudiyyət səbəbindən bu yalnız indi mümkün olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Naxçıvan klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çempionatın startında matçların Şamaxıda təşkil olunması üçün istək bildirilsə də, həmin vaxt havanın isti olması və stadionda işıqlandırma sisteminin olmaması səbəbindən Peşəkar Futbol Liqası tərəfindən ilk 4 turda gündüz saatlarında qarşılaşmaların keçirilməsinə icazə verilməyib.

Artıq həmin qadağa aradan götürüldüyü üçün komandanın ev görüşlərində sözügedən idman qurğusundan istifadə edəcəyi qeyd olunub.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında ilk iki ev matçını Qəbələ şəhər stadionunda keçirib. V turda baş tutacaq "Turan Tovuz"la matçdan etibarən komandanın ev oyunları Şamaxı şəhər stadionunda təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR