• Bakı 19° C

    1.75 m/s

Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

SİYASƏT

22 Oktyabr 2026 | 12:20 | Müəllif: Zeynəb Rzayeva

Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Orxan Məmmədov 2025-ci ilin mart ayınadək Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2025-ci il martın 4-də Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı olub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026