• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hamını yolda saxlayan sürücü ilə bağlı - RƏSMİ CAVAB

CƏMİYYƏT

22 Oktyabr 2026 | 13:29 | Müəllif: Əli Hüseynov

Hamını yolda saxlayan sürücü ilə bağlı - RƏSMİ CAVAB

"Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi ilə bağlı hazırda araşdırma aparılır".

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı oxu.az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, araşdırmanın nəticələrinə uyğun olaraq görüləcək tədbirlər barədə əlavə məlumat təqdim ediləcək.

***

12:56

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib. O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.

Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026