Azərbaycanda keçən il internet xidmətlərindən yararlanan vətəndaşların 41,2 %-i kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sektorunda fəaliyyət göstərən ixtisaslı əmək qüvvəsi olub.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu rəqəm 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4 faiz bəndi artıb.
Hesabat dövrü ərzində ölkə üzrə internet istifadəçilərinin 31,6 %-ni (8,4 faiz bəndi artım) xidmət sahələrinin və ticarət müəssisələrinin əməkdaşları, 9,4 %-ni (1,7 faiz bəndi artım) ixtisaslı işçilər və yaxın peşələrin nümayəndələri, 5,3 %-ni (0,2 faiz bəndi artım) peşəkar mütəxəssislər, 4,6 %-ni (0,7 faiz bəndi azalma) mütəxəssislər və köməkçi heyət, 2,7 %-ni (0,5 faiz bəndi azalma) yardımçı işçilər, 1,7 %-ni (0,3 faiz bəndi azalma) operator və mexanizatorlar, montajçılar, 1,2 %-ni (7,9 faiz bəndi azalma) silahlı qüvvələrdə xidmət edənlər, 1,2 %-ni (4 faiz bəndi azalma) qanunverici, yüksək vəzifəli və rəhbər şəxslər, 1,1 %-ni isə (0,3 faiz bəndi azalma) idarə (ofis) qulluqçuları təşkil edib.




