• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ramiz Mehdiyevin bu biznesi də BAĞLANDI

İQTİSADİYYAT

01 Oktyabr 2026 | 14:30 | Müəllif: Qalib İbrahimoğlu

Ramiz Mehdiyevin bu biznesi də BAĞLANDI

“T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2026-cı il iyulun 28-də verilən BKT-51 nömrəli lisenziya ləğv edilib. Azərbaycan Mərkəzi Bankı bununla bağlı qərar verib.

Bakıvaxtı.az Ölkə.az-a istinadla xəbər verir ki, bu təşkilat Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.

Belə ki, “T-Kredit” MMC “Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaranıb. ASC-nin lisenziyası isə cari ilin iyulun 27-də ləğv olunub.

Qeyd edək ki, "Bank BTB"nin əsas səhmdarı 76,7% payla Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17,7%) və Tükəzban Mahmudova (5,6 %) olub.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. 

2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. 

Mərkəzi Bank eyni qərarla “Fintrend” BOKT-un da lisenziyasını ləğv edib. Bu təşkilatla bağlı qərara səbəb prudensial tələblərə riayət edilməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim edilməsidir.

Qanunvericiliyə əsasən, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi gündən BOKT fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026