• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi

İQTİSADİYYAT

01 Oktyabr 2026 | 16:40 | Müəllif: Gülşən Şərif

Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi

Estoniya hökuməti beynəlxalq sanksiyalar haqqında qanuna əsasən, Rusiya və Belarusdan taxıl tranzitini qadağan etmək qərarına gəlib.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Estoniya hökuməti bəyanat yayıb.

Bəyanata görə, sanksiyalarının məqsədi Rusiya sahibkarlarının gəlir imkanlarını azaltmaq və hərbi fəaliyyəti maliyyələşdirən gəlir mənbələrini məhdudlaşdırmaqla, Rusiya Federasiyasına hərbi təcavüzə son qoymaq üçün təzyiq göstərməkdir.

Qeyd olunub ki, Belarusun Rusiyanın fəaliyyətinə dəstəyini nəzərə alaraq, Belarusa qarşı da oxşar qadağa tətbiq olunub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026