• Bakı 19° C

    1.75 m/s

"Barselona" hücumçu transfer etdi

İDMAN

01 Sentyabr 2026 | 17:26 | Müəllif: Əli Hüseynov

"Barselona" hücumçu transfer etdi

İspaniya nəhəngi “Barselona” İngiltərənin “Arsenal” komandasının braziliyalı futbolçusu Qabriel Jezusun transferini açıqlayıb.

Bakıvaxtı.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. “Arsenal” bu transferdən 10 milyon avro qazanacaq. Londonlular, həmçinin futbolçunun yeni komandasında göstərəcəyi nəticələrdən asılı olaraq əlavə bonuslar əldə edə bilər.

Qeyd edək ki, Qabriel Jezus 2022-ci ilin yayından Premyer Liqa təmsilçisində çıxış edirdi. O, klubun heyətində bütün turnirlərdə 123 oyunda 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026