Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün səfərdə olduğu Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş zamanı gündəlikdə olan məsələlər müzakirə olunub.
Xatırladaq ki, liderlərin Qara dənizdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi də nəzərdə tutulub.
***18:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında Bişkekdə görüş keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
Liderlər danışıqları “Ala-Arça” dövlət iqamətgahının Ağsaqqallar zalında aparırlar.




