Niderland dövlət sektorunda "Windows" və "Office" əvəzinə özünün "Linux" əməliyyat sistemindən istifadə edəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, Niderland Avropa xaricindəki texnologiya şirkətlərindən asılılığını azaltmaq və rəqəmsal suverenliyini gücləndirmək məqsədilə özünün "Linux" rəqəmsal iş mühitini inkişaf etdirməyi planlaşdırır.
Layihə əməliyyat sistemini, eləcə də ofis proqram təminatını, əməkdaşlıq tətbiqlərini, bulud xidmətlərini və İT şöbələri tərəfindən istifadə edilən idarəetmə vasitələrini əhatə edir. Sistemin ilkin pilot tətbiqləri Niderlanddakı bəzi dövlət müəssisələrində qapalı dövrə və kiçik miqyasda davam edir.
Layihənin məqsədi Niderlandın rəqəmsal müstəqilliyini gücləndirmək, dövlət qurumları ilə cəmiyyət arasında əməkdaşlığı və məlumat mübadiləsini yaxşılaşdırmaq, təhlükəsizliyi və məlumatların qorunmasını təmin etməkdir. Layihə həmçinin innovasiyanı və daha səmərəli biznes proseslərini təşviq etməyi hədəfləyir.
Gülşən Şərif
















