Yaponiyada ölkənin kosmosa uçan ilk vətəndaşı və dünyada ilk peşəkar jurnalist-kosmonavt olan Toyohiro Akiyama 85 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, nun ölümünü TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio açıqlayıb.
1990-cı ildə TBS-də jurnalist kimi çalışan Akiyama Sovet İttifaqının "Mir" orbital stansiyasının ekipajına daxil olub. İlk Sovet-Yaponiya kosmik uçuşunun təşəbbüskarı məhz TBS telekanalı olub.
Orbitdə olduğu müddətdə Akiyama canlı reportajlar hazırlayıb, məktəblilər üçün dərslər keçirib.




