Ukraynanın paytaxtı Kiyevdə gün ərzində yeddinci dəfə hava həyəcanı elan edilib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilib. Hücumlar nəticəsində Dnepr çayı üzərindən keçən strateji əhəmiyyətli Cənub körpüsünə ziyan dəydiyi bildirilir.
Hazırda Kiyev vilayəti də daxil olmaqla, ölkənin yeddi bölgəsi təhlükəli "qırmızı zona"dadır.
Zeynəb Rzayeva
















