"Pərakəndə ticarət müəssisələrində quraşdırılmış POS-terminalların orta hesabla 50 faizi aktiv istifadə olunur".
Bakıvaxtı.az xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-30-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Qeyd olunur ki, aktiv istifadə dedikdə bir ay ərzində POS-terminal vasitəsilə dörddən çox sayda tranzaksiyanın həyata keçirilməsi nəzərdə tutulur.
Ölkədə hər 1 000 nəfərə düşən POS-terminal sayı 17 olduğu halda, bu göstərici Qazaxıstanda 68, Türkiyədə 54, Gürcüstanda 32-dir. Müasir maliyyə texnologiyalarının tətbiqi, o cümlədən AZQR-kod (Azərbaycan Respublikasının ərazisində malların, işlərin və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR-kod) vasitəsilə ödənişlərin aparılması bu istiqamətdə irəliləyiş üçün yeni perspektivlər yaradır.
Bakı 




