• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Allahşükür Paşazadə: Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

CƏMİYYƏT

27 May 2026 | 09:36

Allahşükür Paşazadə: Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıb, hacı adını qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Həcdə olan zəvvarlar çox rahatdırlar: "Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı. Şükürlər olsun ki, hamısı sağ-salamatdırş Onlar Mina, Ərəfat və digər müqəddəs məkanlarda olublar, ziyarətlərini davam etdirirlər. Təbii ki, buna çox sevinirik. Onlar artıq ziyarətlərini tamamlayıb, hacı adını qazanıblar və bu gün hacıdırlar".

Allahşükür Paşazadə vurğulayıb ki, orada Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna hər il ehsan verilir: "Həmin ehsan bu il də təşkil olunacaq"


SON XƏBƏRLƏR

26 May 2026