Yay aylarında artan ağcaqanad şikayətləri ilə birlikdə, "Niyə məhz mən?", "Qan qrupu ağcaqanadlara təsir edirmi?" kimi suallar yenidən gündəmə gəlib. Eyni evdə və ya eyni masada oturan insanlardan birinin daim ağcaqanad hədəfi olması, bu həşəratların bəzi insanları "daha çox sevdiyini" düşündürür. Elmi araşdırmalar bunun sadəcə bir əfsanə olmadığını, bəzi bioloji və ətraf mühit faktorlarının rol oynadığını sübut edir.
Bakıvaxtı.az xəbər verir ki, BBC-də yer alan məlumata görə, "Ağcaqanadlar 0 (sıfır) qan qrupunu daha çox dişləyir" iddiası yalnız sosial media şayiəsi deyil. Bəzi növ ağcaqanadlar (məsələn, Aedes aegypti və Anopheles) üzərində aparılan araşdırmalar göstərib ki, onlar 0 qan qrupuna sahib insanlara daha çox meyl edirlər. A qan qrupu nisbətən daha az maraq çəksə də, B və AB qrupları orta səviyyədə "cəlbedici" hesab olunur. Lakin bu, tək səbəb deyil.
Ağcaqanadlar qan qrupunu necə başa düşür?
Ağcaqanadlar insan bədənindən yayılan kimyəvi siqnalları izləyərək hərəkət edirlər. Dəridən ifraz olunan bəzi antijenlər və kimyəvi izlər, həşəratın hansı insana yaxınlaşacağını müəyyən edir. Yəni, seçimdə yalnız "qan" deyil, dəri səthindəki bioloji siqnallar da rol oynayır.
Ağcaqanadları sizə çəkən əsas amillər:
Ağcaqanadlar üçün ən güclü cəlbedici vasitələr bunlardır:
Nəfəs aldıqda xaric edilən karbon qazı ağcaqanadların əsas izləmə vasitəsidir. Sürətli nəfəs alanlar, hamilələr və idmandan yeni çıxanlar daha çox karbon qazı xaric etdiyi üçün asan hədəf olurlar.
İstili bədən, tər, eləcə də tərin tərkibindəki laktik turşu və ammonyak ağcaqanadlar üçün güclü bir cazibə yaradır.
Hər insanın dərisindəki bakteriya balansı fərqlidir. Bu da insana xas bir qoxu profili yaradır və bəzi qoxular ağcaqanadları daha çox cəlb edir.
Daimi hərəkətdə olmaq bədən istiliyini və nəfəs almanı artırdığı üçün həşəratların diqqətini çəkir.
Qara, tünd göy və qırmızı kimi tünd rənglər ağcaqanadlar üçün daha aydın hədəf yaradır. Açıq rəngli, bol və incə geyimlər daha avantajlıdır.
Yay axşamlarında qorunmaq üçün nə etməli?
Pəncərə və balkon ətrafında durğun su saxlamayın (dibçək altlıqları, vedrələr və s.).
Açıq rəngli və bədəni örtən geyimlərə üstünlük verin.
Sağlamlıq orqanları tərəfindən tövsiyə olunan qovucu vasitələrdən (reppellent) istifadə edin.
Lavanda, limon otu kimi təbii qoxuların dəstəkləyici təsirindən faydalanın.
Ağcaqanadlar üçün qan qrupunuz bir faktor olsa da, tək meyarı deyil. Əgər sizi çox dişləyirlərsə, səbəb bədən istiliyiniz, təriniz, tənəffüsünüz və ya seçdiyiniz geyim rəngi ola bilər. Siz fərqində olmadan hər axşam onlara güclü bir "buradayam" siqnalı göndərir ola bilərsiniz.
Bakı 



