• Bakı 29° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Azərbaycanda ətin qiyməti kəskin dəyişir? – Gürcüstandan müdaxilə var

CƏMİYYƏT

25 Iyul 2026 | 22:27

Azərbaycanda ətin qiyməti kəskin dəyişir? – Gürcüstandan müdaxilə var

Bu ilin ilk yarısında Gürcüstandan Azərbaycana diri qoyun idxalının kəskin artması diqqət çəkir. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Bu artım ölkədə ətin bahalaşdığı və qiymət artımının istehlakçıların narazılığına səbəb olduğu dövrə təsadüf edir.

Diri qoyun idxalının 2,5 dəfə artması bazarda qırmızı ətin qiymətlərini sabitləşdirə bilərmi?

Bakıvaxtı.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin üzvü Razi Nurullayev deyib ki, diri qoyun idxalının artması bazarda təklifin genişlənməsinə və qırmızı ətin qiymətləri üzərində təzyiqin müəyyən qədər azalmasına müsbət təsir göstərə bilər:

“Lakin bu, qiymətlərin avtomatik olaraq ucuzlaşacağı və ya tam sabitləşəcəyi demək deyil. Çünki ətin qiymətinə yalnız idxal deyil, həm də yerli istehsalın həcmi, yem xərcləri, mövsümi amillər, daşınma xərcləri, tələbat və bazardakı ümumi rəqabət mühiti təsir göstərir. Bu səbəbdən diri qoyun idxalının 2,5 dəfə artması qiymət artımının qarşısının qismən alınmasına kömək edə bilər, lakin bunu bazarda həlledici amil kimi qiymətləndirmək doğru olmaz”.

R.Nurullayev qeyd edib ki, bu istiqamətdə daha dolğun və peşəkar qiymətləndirmə aparmaq üçün zəruri statistika və analitik məlumatlar Kənd Təsərrüfatı Nazirliyində mövcuddur:

“İdxalın bazara real təsiri, daxili istehsalın vəziyyəti və qiymət dinamikası ilə bağlı ətraflı məlumatı məhz aidiyyəti dövlət qurumu təqdim edə bilər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026