• Bakı 26° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Daha bir nəfər Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

CƏMİYYƏT

24 Avqust 2026 | 21:12

Daha bir nəfər Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Dələduzluqda ittiham edilən şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Baş Prokurorluğunun  Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Seymur Salah oğlu Salahzadənin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə Seymur Salahzadənin külli miqdarda dələduzluq cinayəti törətməsinə şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Seymur Salahzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR