• Bakı 28° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Bal yeyərkən bunlara diqqət edin!

CƏMİYYƏT

25 Iyul 2026 | 23:24

Bal yeyərkən bunlara diqqət edin!

Balın sağlamlıq üçün çoxsaylı faydaları olsa da, onu istehlak edərkən müəyyən təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dietoloq Marivone Roza müsahibəsində xəbərdarlıq edib.

Mütəxəssis ilk növbədə balın müəyyən qədərdə (normada) qəbul edilməli olduğunu bildirib.

O qeyd edib ki, balın tərkibində yüksək miqdarda şəkər olduğu üçün həddindən artıq istifadəsi artıq çəki problemlərinə yol aça bilər.

Dietoloq xüsusilə vurğulayıb ki, 1 yaşına qədər uşaqlara qətiyyən bal vermək olmaz. Çünki bu, körpələrdə ağır infeksion xəstəlik olan botulizmə səbəb ola bilər. Böyüklərdə isə bal böyrək və ya həzm sistemində elə bir problem yaratmır.

Həmçinin tozcuqlara və arı məhsullarına allergiyası olan şəxslərə də bal istehlak etmək məsləhət görülmür.

M. Roza keyfiyyətli məhsul seçiminin də vacib olduğunu diqqətə çatdırıb:

“Təbii və təhlükəsizlik standartlarına cavab verən balın tərkibindəki fermentlər və bioloji aktiv maddələr daha yaxşı qorunur. Məhsulun saxtalaşdırılması, tərkibinə şərbət və ya əlavə şəkər qatılması riskini azaltmaq üçün etibarlı istehsalçılara üstünlük vermək lazımdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026