• Bakı 19° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu - FOTOLAR

MƏDƏNİYYƏT

27 May 2026 | 16:09

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu - FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, millət vəkilləri, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə yubilyarın həyat yolu və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Baş nazirin müavini Samir Şərifov çıxış edərək Sabir Rüstəmxanlının ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıb, Baş nazir Əli Əsədovun yubiley məktubunu səsləndirib.

Gecədə Xalq şairinin şeirləri qiraət olunub, sözlərinə yazılmış musiqi nömrələri təqdim edilib.

Sonda çıxış edən Sabir Rüstəmxanlı yubiley gecəsinin təşkilinə görə təşəkkürünü bildirib.


SON XƏBƏRLƏR

26 May 2026