• Bakı 20° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İran ordusu “təslim oluruq” deyə qışqırsa belə… - Tramp

DÜNYA

27 May 2026 | 13:29

İran ordusu “təslim oluruq” deyə qışqırsa belə… - Tramp

Demokratlar və media tamamilə yollarını azıblar. Onlar tam dəli olublar!

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Əgər İran təslim olsa, donanmasının məhv edilərək dənizin dibinə göndərildiyini etiraf etsə, hava qüvvələrinin artıq mövcud olmadığını qəbul etsə, ordusu silahını yerə atıb, əlini qaldıraraq və ağ bayraq yelləyərək “təslim oluruq, təslim oluruq” qışqırıqları ilə Tehrandan çıxsa, ölkənin qalan bütün rəhbərliyi də “təslim sənədlərini” imzalayıb ABŞ-ın möhtəşəm gücü qarşısında məğlub olduqlarını qəbul etsə belə, uğursuz “Nyu York Tayms”, “Voll Strit Jurnal”, korrupsiyalaşmış və artıq əhəmiyyətsiz CNN və digər saxta xəbər mediası yenə də başlıq atacaq ki, İran ABŞ üzərində parlaq və möhtəşəm qələbə qazanıb. Özü də böyük fərqlə!”, - o qeyd edib./Axar.az


SON XƏBƏRLƏR

26 May 2026