Rusiya Ermənistandan balıq məhsullarının tədarükünə məhdudiyyətləri genişləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) qərar qəbul edib.
Belə ki, “Rosselxoznadzor” əvvəllər Rusiya bazarına balıq ixrac etməyə icazə verilmiş son iki Ermənistan müəssisəsinin məhsullarının sertifikatlaşdırılmasını aşkar edilmiş sistem pozuntuları ilə əlaqədar müvəqqəti dayandırıb.
Xatırladaq ki, daha əvvəl “Rosselxoznadzor” Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, eləcə də meyvə-tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib.
Bakı 



