ABŞ İranın nüvə obyektlərində əməliyyat keçirmək üçün bir neçə min əsgər göndərməyi nəzərdən keçirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Bildirilib ki, əgər əmr verilərsə, ABŞ xüsusi təyinatlı qüvvələri İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün "hərb tarixinin ən mürəkkəb əməliyyatına" başlamağa hazır olacaqlar.
Məlumata görə, yerüstü əməliyyata minlərlə əsgər cəlb edilə bilər.
Onlar nüvə obyektlərinə basqın edəcək və onları təhlükəsizləşdirəcəklər. Kiçik bir xüsusi əməliyyat qüvvələri isə zənginləşdirilmiş uranı geri alacaqlar.
Qeyd edək ki, iyulun ortalarında "Voll Strit Jurnal" qəzeti ABŞ Prezidenti Donald Trampın əsas müşavirləri ilə keçirdiyi bir sıra iclaslardan sonra İrana qarşı əməliyyatların gücləndirilməsinə meylləndiyini bildirmişdi.
Ötən gün isə ABŞ Prezidenti Donald Trampın İrana qarşı əməliyyatların dayandırılması barədə əmr verdiyi xəbəri yayılıb.
Bakı 



