• Bakı 26° C

    9.6 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Venesuelada zəlzələ qurbanlarının sayı artıb

DÜNYA

25 Avqust 2026 | 08:54

Venesuelada zəlzələ qurbanlarının sayı artıb

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6 500 nəfəri keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin açıqlamasında bildirilib.

Son rəqəmlərə görə, zəlzələ nəticəsində 6 509 nəfər ölüb, 226 696 nəfər tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib.

Eyni zamanda 25 000-dən çox evə ziyan dəyib.

Zəlzələ iyunun 24-ə keçən axşam baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 maqnitudada iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Yarakuy əyalətində 10 kilometr aralıda yerləşib.

Zəlzələdən sonra 1 500-dən çox afterşok qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026