• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

DÜNYA

24 Sentyabr 2026 | 00:30 | Müəllif: Subhan Mahmudov

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyənin Silahlı Qüvvələri İraqın şimalında yerləşən Başika-Zilkan bazasını mərhələli şəkildə İraq Federal Hökumətinə təhvil verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əl-Zeydinin bigə mətbuat konfransında bildirilib.

"Türkiyə və İraq rəsmilərinin iki ölkə arasındakı strateji münasibətləri bütün aspektləri ilə müzakirə etdikləri görüşlərdə, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib", - Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabındakı yayılan məlumatda qeyd olunub.

Bu çərçivədə Sincarda dövlət hakimiyyətinin tam şəkildə bərqərar edilməsi və qadağan olunmuş xarici silahlı ünsürlərin mövcudluğuna son qoyulması məsələsi də razılaşdırılıb:

"Tərəflər həmçinin, ikitərəfli ticarət və investisiya həcminin genişləndirilməsi, imzalanmış müqavilələrin dərhal icra edilməsi və başda İnkişaf Yolu Layihəsi olmaqla birgə strateji layihələrin sürətləndirilməsi məsələlərində ümumi razılığa gəliblər".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR