• Bakı 33° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü

DÜNYA

26 Iyul 2026 | 09:32

Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü

Rusiyanın ən yüksək zirvəsi olan Elbrus dağında baş verən faciə nəticəsində iki alpinist həyatını itirib, daha dörd nəfərin axtarışları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata əsasən, dağa qalxan qrup yeddi nəfərdən ibarət olub.

Bildirilib ki, 5100 metr yüksəklikdə iki alpinistin səhhəti qəfil pisləşib. Bundan sonra qrup üzvlərindən biri aşağı enərək xilasedicilərə məlumat verib.

Məlumata görə, həyatını itirən alpinistlər Bosniya və Herseqovina vətəndaşlarıdır.

Hazırda xilasedicilər əlverişsiz hava şəraitində qrupun itkin düşən daha dörd üzvünün axtarışlarını davam etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026