• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yaponiyada 5,8 bal gücündə zəlzələ

DÜNYA

26 Iyun 2026 | 09:08 | Müəllif: Subhan Mahmudov

Yaponiyada 5,8 bal gücündə zəlzələ

Yaponiyanın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tokio ilə qonşu olan Çiba prefekturasında, 50 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində ölən, yaralanan və ya dağıntı qeydə alınmayıb.

Zəlzələdən dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, bir neçə dəqiqə sonra ləğv olunub. Yeraltı təkanlar paytaxt Tokioda da hiss edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026