• Bakı 29° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

ABŞ Türkiyəyə rədd cavabı verdi

DÜNYA

25 Iyul 2026 | 20:06

ABŞ Türkiyəyə rədd cavabı verdi

Türkiyə hələlik ABŞ-ın beşinci nəsil F-35 qırıcılarının istehsal proqramına qayıda bilməyəcək. Vaşinqton və Ankara arasında münasibətlərdə yumşalma müşahidə olunsa da, Donald Tramp administrasiyası hüquqi maneələrin hələ də qüvvədə qaldığını bildirib. Əsas maneə kimi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemi göstərilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktubda qeyd olunub.

The Jerusalem Post nəşrinin tanış olduğu sənəd 22 iyul tarixində konqresmen Uesli Bellin sorğusuna cavab olaraq təqdim edilib.

Məktubda vurğulanır ki, ABŞ-ın Türkiyənin F-35 proqramındakı iştirakına dair siyasəti dəyişməyib. Ankara ABŞ qanunvericiliyinin tələblərini tam yerinə yetirməyənədək ölkəyə heç bir F-35 təyyarəsi təhvil verilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026