• Bakı 27° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Başına 1 milyon qoyulmuşdu - Kriminal avtoritet İsraildə qətlə yetirildi

DÜNYA

24 Avqust 2026 | 18:45

Başına 1 milyon qoyulmuşdu - Kriminal avtoritet İsraildə qətlə yetirildi

İsraildə “Qafqaz mafiyası”nın rəhbəri hesab edilən 45 yaşlı rusiyalı Yanis Yuşvaev qətlə yetirilib.

Bakıvaxtı.az “Mash” teleqram kanalına istinadən xəbər verir ki, hadisə Qeysəriyyə (Caesarea) şəhərində yerləşən “Agenda” kafesinin yaxınlığında qeydə alınıb.

Kanal yazır ki, pensiyaçı cildinə girən killer Rusiya mənşəli kriminal avtoriteti pusquda gözləyərək ona atəş açıb. O, Yuşvaevi qətlə yetirdikdən sonra onun müşayiətçilərinə doğru da bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Xatırladaq ki, Yuşvaevə ilk sui-qəsd cəhdi 2015-ci ildə olunub. Son vaxtlar isə onun digər kriminal avtoritetlərlə kəskin münaqişəsi olub və rəqibləri onun başına 1 milyon şekel (təxminən 568 min AZN) mükafat qoyublar. 2026-cı ilin fevralında Yuşvaev Ben-Qurion hava limanında rəqiblərinə qarşı hücum planlaşdırmaq şübhəsi ilə saxlanılmışdı.

Qeyd edək ki, Yuşvaev İsrailin mərkəzi rayonlarına nəzarət edən qruplaşmaya rəhbərlik edirdi. Qrupda Qafqaz mənşəli şəxslərin üstünlük təşkil etməsi səbəbindən şəbəkə “Qafqaz mafiyası” adı ilə tanınırdı./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR