• Bakı 14° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Müharibə istəyirlərsə, hazırlaşsınlar" - Putin

DÜNYA

29 Oktyabr 2026 | 22:59 | Müəllif: Subhan Mahmudov

"Müharibə istəyirlərsə, hazırlaşsınlar" - Putin

Rusiya Avropa ilə hərbi münaqişədə maraqlı deyil, lakin hadisələrin bu istiqamətdə inkişaf edəcəyi təqdirdə müharibəyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa siyasətçilərinin 2030-cu ilə qədər Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmağın zəruriliyi barədə bəyanatlarını şərh edərkən bildirib.

“Biz, ilk növbədə, hazırıq, lakin Avropa ilə heç bir müharibə istəmirik. Əgər onlar bunu istəyirlərsə, qoy hazırlaşsınlar”, – deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Avropa ölkələri indiyədək Rusiyanı strateji baxımdan məğlub edə bilməyibsə, 2030-cu ildə də edə bilməyəcəklər.

Rusiya Prezidenti qarşıdurmanın daha da kəskinləşməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib.

“Əgər vəziyyət bu həddə çatarsa, onda ümumiyyətlə, qalib olmayacaq”, – deyə Rusiya Prezidenti vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026