• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan millisi Vyetnam yığmasına məğlub oldu

İDMAN

29 Oktyabr 2026 | 23:38 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi Vyetnam yığmasına məğlub oldu

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunda Vyetnam yığmasına məğlub olub - 4:2.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariqi 5:1, Mozambiki isə 4:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026