Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobilinin qəzaya uğraması səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edək ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.
23:19
şş23:10Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda yük avtomobillərinin kənarlaşdırılması və hərəkətin bərpa olunması məqsədilə polis zəruri tədbirləri görür.
















