• Bakı 29° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

İrandan Trampın oğlunun tutulması üçün 10 milyon dollarlıq təklif 

DÜNYA

24 Avqust 2026 | 16:19

İrandan Trampın oğlunun tutulması üçün 10 milyon dollarlıq təklif

"News18"in məlumatına görə, internetdə "Barron Trampı harada öldürə bilərəm?" adlı video yayılıb. Videoda İran tərəfdarlarının ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Barron Trampa hücum etməyə çağırış etdiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, videonun müəllifləri Barron Trampın öldürülməsi müqabilində 10 milyon dollar mükafat vəd ediblər. Üç dəqiqəlik videoda onun necə öldürülə biləcəyinə dair təlimatların yer aldığı iddia olunur.

Videoda, xüsusilə, 20 yaşlı Barron Trampın əvvəllər ziyarət etdiyi yerlər göstərilir və onun təhlükəsizlik tədbirləri barədə məlumatların yayıldığı bildirilir. Həmçinin, ABŞ Məxfi Xidmətinin əməkdaşlarının aşkarlanmamaq üçün guya onun təhsil aldığı məktəbin şagirdləri kimi təqdim edildiyi iddia olunur.

Videonun üslubunun Donald Trampın həyat yoldaşı Melaniyanın hədəf kimi göstərildiyi daha əvvəl yayılan video ilə oxşarlıq təşkil etdiyi qeyd olunur.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR