• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu BÜRCLƏRİN əlinə yaxşı pul KEÇƏCƏK

CƏMİYYƏT

27 May 2026 | 10:02 | Müəllif: Subhan Mahmudov

Bu BÜRCLƏRİN əlinə yaxşı pul KEÇƏCƏK

Astroloqlar yaxın günlərdə bəzi bürclərin maddi baxımdan şanslı olacağını bildirirlər.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, gözlənilməz gəlir, yeni qazanc imkanları və uğurlu maliyyə xəbərləri bir neçə bürcün həyatında ön plana çıxacaq.

Ən çox diqqət çəkən bürclərdən biri Buğa bürcü hesab olunur. Astroloqlar Buğa bürcünün uzun müddətdir gözlədiyi maliyyə imkanları ilə qarşılaşacağını qeyd edirlər. İş həyatında yeni təkliflər və əlavə gəlir ehtimalı yüksək qiymətləndirilir.

Şir bürcü üçün də uğurlu dönəmin başladığı bildirilir. Xüsusilə yaradıcılıq və biznes sahəsində çalışan Şirlər üçün gəlirli əməkdaşlıqların mümkün olacağı vurğulanır.

Maliyyə baxımından şanslı sayılan digər bürc isə Əqrəb bürcü olub. Astroloqların fikrincə, Əqrəblər gözlənilməz qazanc və borcların geri qaytarılması kimi sevindirici xəbərlər ala bilərlər.

Dolça bürcü nümayəndələrinin də yeni layihələrdən qazanc əldə edəcəyi proqnozlaşdırılır. Onların uzun müddətdir planlaşdırdığı işlərin uğurla nəticələnəcəyi qeyd edilir.

Astroloqlar bildirirlər ki, bu dövrdə düzgün qərarlar vermək və imkanları vaxtında dəyərləndirmək maddi qazancı daha da artıracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026