Qurban bayramı münasibətilə mayın 27-də Bakının məscidlərində bayram namazı qılınıb.
Bakıvaxtı.az xəbər verir ki, Təzəpir məscidində təşkil olunan bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə imamətlik edib.
Mərasimdə din xadimləri, paytaxt sakinləri iştirak ediblər.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub, xalqımıza firavanlıq, birlik, ruzi-bərəkət, dünyamıza sülh və əmin-amanlıq arzulanıb.
Qurban bayramı münasibətilə namazlar təkcə paytaxtda deyil, respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən məscidlərdə də qılınıb.
09:06
Azərbaycanda Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.
Bakıvaxtı.az xəbər verir ki, saat 09:00-da Təzəpir məscidində bayram namazı qılınıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
***08:00
Azərbaycanın məscidlərində bayram namazları qılınır.
Bakıvaxtı.az bildirir ki, bayramı namazı "Əjdərbəy" məscidində saat 08:00-da başlanıb.
Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır,
"Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.
Qeyd edək ki, Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.
Nərgiz Məmmədli
Bakı 



