• Bakı 19° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Qvardiolanın yerinə o gəldi

İDMAN

26 May 2026 | 23:33

Qvardiolanın yerinə o gəldi

“Mançester Siti”də Pep Qvardiolanın gedişindən sonra boş qalan posta gətirilən Enzo Mareska klubla rəsmi müqaviləyə imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder və idman jurnalisti Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

İnsayderin sözlərinə görə, yeni baş məşqçinin təyinatı ilə bağlı rəsmi açıqlama çox yaxın vaxtlarda klub tərəfindən elan olunacaq.

Mənbənin əldə etdiyi məlumata görə, 46 yaşlı italiyalı mütəxəssis “şəhərlilər”lə 2029-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə bağlayıb. Rəhbərlik yeni baş məşqçiyə olan böyük etimadının göstəricisi olaraq komandanın transfer strategiyasını təkbaşına formalaşdırmaq üçün Mareskaya tam səlahiyyət verib.

Qeyd edək ki, E. Mareska üçün “Mançester Siti” yad məkan deyil. O, 2022-2023-cü illərdə (klubun trebl etdiyi mövsümdə) Pep Qvardiolanın məşqçilər heyətində onun köməkçisi kimi yer alıb. İtaliyalı mütəxəssis daha əvvəl klubun gənclər komandasına da uğurla rəhbərlik edib və bu baxımdan klubun daxili strukturuna yaxından bələddir.


SON XƏBƏRLƏR

26 May 2026